Azərbaycanda elektrik qurğularının istismarı ilə bağlı tələb dəyişib
Bu il yanvarın 1-dən Azərbaycanda gücü 200 kVt-dan çox olan elektrik qurğularının istismarı “Elektroenergetika haqqında” qanuna və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazə əsasında həyata keçiriləcək. SİA-nın xəbərinə görə, bu, bu gündən qüvvəyə minən “Elektroenergetika haqqında” qanunda əksini tapıb.
İndiyənədək gücü 150 kVt-dan çox olan elektrik qurğularının istismarı bu qanunlara uyğun olaraq verilən icazə əsasında həyata keçirilə bilərdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB