Azərbaycan dili beynəlxalq səviyyəli dil ola bilərmi? - MÜNASİBƏT BİLDİRDİ
"21-ci əsr, texnologiya əsrində, dünya qlobal hörümçək torunun əsirinə çevrilib". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elmin Nurizadə deyib.

Onun sözlərinə görə bu dəqiqə dünyada iki dil var: "Onlar sanki esperanto dili kimi dünyanın ortaq dilinə çevrilib. Bunlardan biri İT(informasiya texnologiyaları), digəri isə ingilis dilidir. Əgər 10-20 il bundan əvvələ qədər dünyanın 117 ölkəsində ingilis dilində danışılırdısa, indi bütün ölkələrdə bu tenden hiss olunur. Artıq bir neçə dildən başqa heç bir dil beynəlxalq səviyyədə qəbul oluna bilməz. Bəlli dillər var ki, bunlar BMT-nin siyahısındakı dillərdir. Çin, rus, ərəb, fransız, ispan dilləri ingilis dilindən sonra ilk beşliyə daxil olan dillərdir. Bu dillər oturuşmuş dillər olduqları üçün beynəlxalq səviyyəli dil hesab olunurlar. Hətta portuqal, ispan, fransız dilli ölkələrdə də ingilis dili dominantlıq rolunu oynayır. Bu, reallıqdır".
E.Nurizadə sözlərinə davam edib: "Biz məktəblərimiz daxilində öz dilimizi sevdirsək, xaricdəki diasporlarımız vasitəsilə azərbaycanlı uşaqlar üçün Azərbaycan dilli məktəblər açmağa cəhd edə bilərik. Mən də istərdim ki, Azərbaycan dili beynəlxalq səviyyəli dil olsun. Bizim yazıçı, alimlərin yazdıqları məqalələr dünyanın bir çox ölkələrində başa düşülən olsun. Bəzi reallıqlar var ki, onlarla barışmalıyıq. Ortaq türk dilinin beynəlxalq səviyyəli dil olmasını arzulaya bilərik. Son iki ildə türk dünyası arasındakı birlik, vahid türk dünyası ideologiyası, istər coğrafi, istər mədəni baxımdan ortaya atılıb. Bu, praktiki cəhətdən də çox yaxşı işləyir. Nə vaxtsa, ortaq türk dili müəyyənləşər, beynəlxalq səviyyəli dil prinsipindən hərəkət etməyə başlayar. Bunun özü də Azərbaycan türkcəsinin, Türkiyə türkcəsinin beynəlxalq səviyyədə qəbul olunması kimi dəyərləndirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB