Azərbaycan Respublikası Prezidentinin 03 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Zəfər Muzeyinin yaradılması nəzərdə tutulub.
Qeyd edilən abidə-kompleks üçün hazırda materialların toplanılması işi Bakı şəhərindəki Azərbaycan İstiqlal Muzeyində davam etdirilir.
Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, numizmat-alim Aygün Məmmədova şəxsi təşəbbüsü ilə Vətən müharibəsi iştirakçısı Muradov Ruslan Yaşar oğluna aid materialları (fotoşəkil, hərbi isimlik və şevron, tərcümeyi-hal və iştirakçının əl işi) Azərbaycan İstiqlal Muzeyinin elmi fond şöbəsinin baş mühafizi Sabir Aslanova təhvil vermişdir.
Qısa arayış:
Muradov Ruslan Yaşar oğlu 10 avqust 1998-ci ildə Saatlı rayonunda dünyaya gəlib. Saatlı rayonunda M.Ağayev adına 2 saylı tam orta məktəbdə təhsil alıb. 2015-2019-cu illərdə Sumqayıt Dövlət Universiteti nəzdindəki Sumqayıt Dövlət Texniki Kollecində “Avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram təminatı” ixtisası üzrə təhsil alıb.
2019-2021-ci illərdə Goranboy rayonunda hərbi xidmətdə olub. 44 günlük Vətən müharibəsində Tərtər, Suqovuşan, Talış, Ağdam rayonlarının işğaldan azad edilməsində iştirak edib. İki medala (“Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”) layiq görülüb.
Ailənin tək övladıdır. Subaydır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB