“Duzlaşma kimi tanınan xəstəlik dizlərin osteoartrozudur” - HƏKİM DANIŞDI

“Duzlaşma kimi tanınan xəstəlik dizlərin osteoartrozudur” - HƏKİM DANIŞDI

“Diz ağrısı əhali arasında ən çox edilən şikayətlərdəndir. El arasında duzlaşma kimi tanınan xəstəlik əslində dizlərin osteoartrozudur”. Bu sözləri SİA-ya açıqlamasında həkim fizioterapevt Şəhla Qafarova deyib.

Onun sözlərinə görə, burada diz oynaqlarında qığırdaq qatı aşınır, hətta bəzən sümük təbəqəsində belə aşınma müşahidə edilir: “Xəstənin şikayətləri dizlərdə gücsüzlük, yorğunluq, ağrı, yeriyərkən “xırçıltı” səsi ilə bağlı olur. Problem irəlilədikcə isə hərəkət məhdudiyyəti yaranır.
Yaş artdıqca isə oynaqlarda problem daha da artır. Oynaq ətrafında şişkinlik müşahidə edilir və oynaqda əyrilik əmələ gəlir. Bu əyrilik isə rentgen müayinə zamanı müşahidə olunur, xəstə özünü narahat hiss edir və əmək qabiliyyətini itirir.

Oynaqda sərtlik və hərəkət məhdudiyyəti yaranır. Bu halda əvvəllər tez bir zamanda aradan qalxacaq problem, daha sonra cərrahi əməliyyata belə səbiyyət verir. Nəticədə xəstənin sosial həyatı pozulur, əmək fəaliyyəti korlanır.

Oynaq mayesində qığırdaqların strukturunu dağıdan maye, reaktiv oksigen radikalları və metobalik məsullar qığırdaqları daha da məhv edir. Buna görə də xəstəliyin ilk mərhələsində fizioterapiyaya müraciət edilməsi məqsədəuyğundur. Əks təqdirdə xəstələyin aradan qaldırılması üçün cərrahi əməliyyata ehtiyac duyulacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə