"Evliliklərdə xeyir-duanı birinci Allah verməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Evliliklərdə xeyir-duanı birinci Allah verməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Xeyir-duanı birinci Allah verməlidir, onun məsləhət gördüyü evlilik olmalıdır". Bu sözləri din xadimi Vüqar Abbasov deyib.

Onun sözlərinə görə, əgər Allah bir işə xeyir-dua verirsə, onun qarşısını heç kim ala bilməz: "Allahın bəyənmədiyi ailələrdə valideynlər nə qədər xeyir-dua diləsə də, fərq etməz. Əsas şərt Allahın qoyduğu qaydalara nə qədər əməl edib-etməməsidir. Bizə hər şeyi - gözü, əli, ürəyi, nitqimizi və s. verən Allahdır. Bu nemətləri bizə verən Allahın qaydalarını bilməmək, etinasız yanaşmaq nankorluqdur. Bunları nəzərə almadan, heç hesab edən insanlar Allahla maraqlanmır, onun qaydalarına əhəmiyyət vermir. Dünya həyatı ilə daha çox maraqlanır, nəinki axirət həyatı ilə. Halbuki Allah axirəti daha çox düşünməyinizi, daha çox çalışmağınızı vacib buyurur. Allahın ona verdiyini dəyərləndirməyən qadın kişinin qədrini haradan biləcək? Yaxud da, Allah kişiyə güc, ruzi, sağlamlıq verib. Bunların qədrini bilməyən kişi öz qadınının dəyərini nə biləcək? Bunlardan başlamaq daha doğru olar".

V.Abbasov bildirib ki, valideynin xeyir-duasına gəldikdə, əgər imanlı valideyndirsə, onun sözlərinin önəmi böyükdür. Əgər valideyn Allahı inkar edir, normal işlər görmürsə, övladı daha ağıllıdırsa, onun uşağına xeyir-duasının əhəmiyyəti yoxdur.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə