"Süni intellektin tətbiqinə mühüm ehtiyac var” - ŞƏRH EDİLDİ

"Süni intellektin tətbiqinə mühüm ehtiyac var” - ŞƏRH EDİLDİ

“Azərbaycanda digər ölkələrdə olduğu kimi süni intellektin tətbiqi hazırda geniş müzakirə olunmaqda və bəzi hallarda tətbiq olunmaqdadır. Süni intellektin tətbiqini ölkəmizdə iki yerə bölə bilərik. Birincisi özəl sektorda, ikincisi isə dövlət sahəsində tətbiq edilən süni intellektdir. Dövlət səviyyəsində bu məsələ çox ciddi müzakirə olunur”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun icraçı direktoru Fərid Kazımov deyib.

Onun sözlərinə görə, özəl sektorda isə bu sahədə bir neçə istiqamətdə süni intellekt tətbiq olunur: “Artıq Azərbaycan özəl sektorunda bu bir dəb formasını almışdır ki, bir çox qurum istəyir ki, məsullarında süni intellekti tətbiq etsin. Süni intellektin tətbiqi müxtəlif istiqamətlərdə ola bilər. Artıq süni intellektin həyatımızın müxtəlif istiqamətlərində yer alması mütləq xarakter daşıyır. Texnologiyanın bir xüsusiyyəti var ki, nə qədər gec tətbiq olunarsa, bir o qədər yenilik gətirilmiş olacaqdır. Azərbaycanda təhsil sektoruna süni intellektin tətbiqinə mühüm ehtiyac var. Bu həm təhsilin tətbiqinə kömək edər, həm də təhsil alınmasında mühüm rol oynayacaq. Təhsil sisteminin rəqəmsallaşması prosesi də hazırda sürətlə gedir”.

Bütün xəbərlər Facebook səhifəmizdə