"Azərbaycan artıq özünün hidroenerji mənbələrini müəyyənləşdirib" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan artıq özünün hidroenerji mənbələrini müəyyənləşdirib" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“2024-cü il Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Düşünürəm ki, 30 il ərzində Azərbaycan xalqının təbiətinə qarşı ekosid törətmiş ermənilərin ekologiyamıza, yaşıl ərazilərimizə, meşələrimizə vurduğu zərbənin bərpası ili kimi yadda qalacaq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, yaşıl enerji demək, gələcək deməkdir: “Yaşıl enerji övladlarımızın ekoloji baxımdan təmiz dünyada yaşaması deməkdir. Amma yaşıl enerji və ekologiya məsələsi bu gün dünyanın qlobal problemlərindən biridir. Azərbaycan bu istiqamətdə də dünyanın öz təbii vəziyyətə dönməsi üçün həyata keçirilən layihələrdə də öndər dövlətdir. Çünki Azərbaycan artıq özünün hidroenerji mənbələrini müəyyənləşdirib. Bu istiqamətdə potensialımız böyükdür və Avropanın bəzi ölkələri ilə Azərbaycan XXI əsrin yeni enerji müqaviləsini imzalayıb. Bunun üçün öz resurslarının Avropaya çıxarılması istiqamətində marşurt da müəyyən edilib. Bu baxımdan bu il Azərbaycan üçün çox vacib il olacaq. Şübhəsiz ki, ekoloji problem həm milli, həm də qlobal problem olduğundan burada hər bir fərdin həmrəyliyi lazımdır. Nəticə etibarilə hu həmrəylik ümummilli həmrəylik səviyyəsinə qaldırılmalıdır. Düşünürəm ki, 2024-cü il ekoloji mədəniyyətdə maariflənmə baxımından yadda qalan il olacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə