İllərdir danışılır və həlli üçün çalışılır, ancaq təəssüf ki, yollar, avtomobillər hər gün nə qədər insanın həyatına son qoyur. Qəzalarda ən çox zərər çəkənlər isə, əsasən, piyadalardır. Bu ilin 11 ayı ərzində piyadaların vurulması ilə nəticələnmiş 578 yol nəqliyyat hadisəsi qeydə alınıb ki, bu da ümumi yol qəzalarının 38,5 faizi deməkdir. Acı reallıq isə ondan ibarətdir ki, 303 nəfər bu qəzaların qurbanı olub.
“Təəssüflə qeyd edək ki, piyadaların iştirakı ilə baş verən yol qəzalarında 303 nəfər həyatını itirib, 311 nəfər isə xəsarət alıb. Bu qəbildən olan hadisələr isə daha çox paytaxt ərazisində baş verib”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Yol Polisi əməkdaşı İbadulla Əlizadə açıqlayıb.
Onun sözlərinə görə, cari 11 ay ərzində Bakı şəhəri üzrə pidayaların vurulması ilə nəticələnən 237 yol nəqliyyat hadisə qeydə alınmışdır ki, nəticədə 116 nəfər həlak olub, 137 nəfər isə xəsarət alıb. Bu göstərici paytaxt üzrə ümumi qeydiyyata alınmış yol nəqliyyat hadisələrinin 59%-ni təşkil edir.
Hadisələrin mahiyyəti dəyişməyib, bu qəzaların birbaşa səbəbləri hər kəsə bəllidir. Yenə də sürücü və ya piyadanın təhlükəsizlik qaydalarına laqeydliyi, yəni sürücünün naşılığı, yaxud da piyadanın məsuliyyətsizliyi sözsüz ki, işıqlandırılmayan yollar, piyadalar üçün səkilərin olmamağı da qəzaların başvermə ehtimalını artırır. Bəs ekspertlər nə təklif edir? Nə etməli, necə etməliyik ki, yollarda piyadaların vurulmasının qarşısı alınsın.
Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov: “Bizim cəmiyyətimizdə, təhlükəsiz davranış tərzinin formalaşdırılmasında problemimiz var. Onu yuxarıdan, dövlət orqanlarından başlayaraq formalaşdırma istiqamətində az işlər görülür. Hər kəs deyir ki, piyadalar məsuliyyətsizdirlər, onların məsuliyyətli olması üçün nə etmisiz?
İlk olaraq bu suala cavab tapmaq lazımdır. Bəzən də “Cərimələri artırın“ deyirlər, cərimələri artırmaq lazım deyil, çünki 20 azn cərimə piyada üçün ciddi təsir tədbir ola bilər. Bugünkü gün üçün nə sürücülər, nə də piyadalar arasında, ümumiyyətlə, cəmiyyətimizdə təhlükəsiz davranışdan bağlı aydın təsəvvürlər yoxdur. Ona görə piyada da, sürücü də səhv edə bilir. Dayanıqlı təhlükəsiz sistemi qurmaq üçün, cəmiyyətdə təhlükəsiz davranış mədəniyyəti formalaşmalıdır. Dediyim kimi, bunu da yol hərəkət təhlükəsizliyinə məxsus dövlət qurumları etməli, ardıcıl da sistemli təhlil getməlidir. Yol hərəkətsizliyinə aid 2018-ci ildə dövlət proqramı qəbul olundu. Bu günə qədər proqram demək olar ki, icra olunmayıb və heç bir iş görülməyib. Özü də icra müddəti bir həftədən sonra bitir. O proqramda hər şey yazılmışdı və dünya təcrübəsinə əsaslanır. “Niyə sürücülər daha sonra məsuliyyətə cəlb olunmur? Orada ciddi subiyektivlik var. Obiyektiv həqiqəti araşdıranda görərik ki, həmişə sürücülər günahkar olmurlar. Sadəcə olaraq, cəmiyyətdə hüquq-mühafizə orqanı və məhkəmə orqanında formalaşmış stereotiplərdir ki, yanlış həmin nəticəyə gətirib çıxarır”.
Ekspertlər deyirlər ki, əslində, qanunvericilik imkan verir ki, baş vermiş yol qəzalarında sürücüylə yanaşı, piyadanın da məsuliyyəti müəyyənləşdirilsin və hadisəyə obiyektiv hüquqi qiymət verilsin. Amma Azərbaycan praktikasında bu hadisələr araşdırılarkən, sonda piyada məsuliyyətdən yayındırılır. Əksər halda məsuliyyət sürücünün üzərində qalır.
Hüquqşünas Əkrəm Həsənov: ”Piyadalar da bilir ki, onları heç kəs yaralandırmır. Yadımdadır, şəhərin bəzi mərkəzi yerlərində polislər dururdular və cəzalandırırdılar. Amma əslində, müasir dövrdə buna ehtiyac yoxdur. Hər yerdə kameralar var və insanları da eyniləşdirirlər. Yəni, heç nə mane olmur, bu gün bizim daxili işlər orqanı videokameralardan müəyyən edib həmin şəxlərə bildirişlər göndərsinlər, cərimələnsinlər”.
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB