"İnsanlar psixoloji problemlərlə dünyaya gəlmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ
"İnsanlar psixoloji problemlərlə dünyaya gəlmirlər". Bu sözləri psixoloq Fidan Nizamova SİA-ya açıqlamasında deyib.

O, sözlərinə belə davam edib: "Ciddi travmanın nəticəsi olaraq və yaşayış tərzinin təsirindən psixoloji problemlər yaranır. Xüsusən, evdar xanımlarda müşahidə olunur. Uzun müddət evdə qapalı şəraitdə qalanlara aiddir. Sonradan insanlarla ünsiyyət qura bilməmə, güvən problemi, sosial adaptasiya ola bilməmək, insanlardan qorxmaq və digər narahatlıqlar psixoloji xəstəliklərə gətirib çıxarır. Uşaqlıqda utanc hissi ilə bağlı, cəmiyyət tərəfindən təcrid olunma, bəyənilməmə, kənarlaşdırma, biabır edilmə kimi hallar yaşanılırsa, bu da şüuraltında izini buraxır. Sonra həmin insan özünə qapanmağa başlayır, kontaktını kəsir. Nəticədə, sosial fobiya yarana bilir. Ciddi depressiyanın nəticəsi ola bilər. Fərqli səbəblər ola bilər. İnsan cəmiyyətdən özünü təcrid etdiyini dərk etmir".
Psixoloq sözlərinə belə davam edib: "Bu haldan necə çıxmaq olar? Birinci, dərk etməlidir ki, hamıdan, hər şeydən uzaqlaşıb. Bu halı qəbul etməlidir, müalicəsinin olduğunu bilməlidir. Əgər özü bacarmırsa, peşakarlara müraciət etməlidir. İkincisi, bu halın dəhşətli bir şey yox, normal hal olduğunu qəbul etməlidir. Üçüncü addım isə bilərək insanlarla əlaqə qurmağa cəhd etməlidir. Əgər alınmırsa, demək, vəziyyət ciddidir. Elə insanlar var ki, bunun öhdəsindən gələ bilirlər. Özlərini məcbur edirlər. Bu da effekt verir. İstənilən psixoloji gərginlik keçirəndə qorxmaq lazım deyil. Hər halın ya psixoloqlarda, ya da həkimlərdə çarəsini tapmaq mümkündür. Ona görə maksimum dərəcədə iç səsinizə və peşəkarların səsinə qulaq asmağı tövsiyə edərdim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB