"Qətl xəbərlərinin şahidi olmağımızın bir neçə səbəbləri var" - SOSİOLOQ FİKRİ
“Son dövrlərdə tez-tez qətl xəbərlərinin şahidi olmağımızın bir neçə səbəbləri var. Belə ki, biz cəmiyyətin günü-gündən mürəkkəbləşdiyini, həssaslaşdığını, yeni məzmun aldığını nəzərə almalıyıq. Lakin bu istiqamətdə humanitar siyasətimizi, sosial siyasətimizi müasir dövrün tələblərinə uyğun olaraq qurmuruq”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.
Onun sözlərinə görə, bu sahəyə məsul olan şəxslər, hörmətli Prezidentimizin tələb etdiyi səviyyədə lazım olan işləri görə bilmir: “Cəmiyyətdə gedən sosial proseslər başlı-başına buraxılıb. Halbuki, müasir elmin imkanlarından istifadə edərək, bütün sahələrdə sosial iş xidməti yaradaraq, yüksək səviyyəli mütəxəssislər hazırlayaraq, bu sahədəki prosesləri arzu edilən şəkildə tənzimləyə bilərik. Təəssüf ki, hələlik bu işlər arzu edilən səviyyədə təşkil edilmir. Nəticədə isə belə xoşagəlməz hallar baş verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB