"Problem hər zaman aktual olacaq” - İZAH EDİLDİ

"Problem hər zaman aktual olacaq” - İZAH EDİLDİ

“Bütün infeksion xəstəliklər müxtəlif ağırlaşmalar yarada bilər. Məsələn qrip tənəffüs yolunun ağırlaşmalarını yaradır, qızılca tənəffüs yolu və beyində problem yarada bilər və ölüm hallarının baş verməsinə də səbəb budur”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Adil Qeybulla deyib.

Onun sözlərinə görə, ən ağır infeksiyalar 4 karantin infeksiyalardır: “Bunlar “vəba”, “taun”, “sarı qızdırma” və “təbii çiçək”dir. “Təbii çiçək” xəstəliyinə 1980-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə artıq Yer kürəsində təsadüf edilmir, vaksinasiya nəticəsində yoxa çıxıb. Amma vaksinasiya dayandığına görə hər an da yenilənə bilər. Hazırda qrip infeksiyası dünyada təhlükəli xəstəliklər sırasında yer alır. Belə ki, bu infeksiya hər il yeni ştamplarla peyda olur. Elə yoluxucu infeksiyalar da var ki, onlar pandemiya yaratmaq gücündə deyillər. İnfeksion xəstəliklərin xüsusi çəkisi artmaqdadır. Hesab edirəm ki, elm nə qədər inkişaf etsə də, infeksion xəstəliklər də artmağa davam edəcək və problem hər zaman aktual olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə