“İslam dini bu hüquqların heç birinin qarşısını almır” - QURUM RƏSMİSİ DANIŞDI
“Bəzi insanlar toyu, şənliyi sevir, bəzirləri isə sevmir. Amma İslam dinində şənlənmək, sevinməklə bağlı haram anlayışı yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
Onun sözlərinə görə, toyların hansısa qaydada keçirilməsi fərdi məsələdir: “Çünki insan var şənlənməyi sevir, insan da var sevmir. İnsanın sevinmək, şadlanmaq hüququ var. İslam dini bu hüquqların heç birinin qarşısını almır. Sadəcə olaraq biz istər toy etdikdə, istər şənləndikdə elə addımlar atmalıyıq ki, bizi günaha və harama aparmasın.
Bu gün edilən bir çox toy və yas mərasimlərində israf edilir. İsraf olunan, hədd-hüdud aşılan yerdə bu zaman günah aparır. Biz demokratik dövlətdə yaşayırıq və insanlar seçimlərində azaddırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB