"Azərbaycanda təhlükəsizliyə yanaşmada biganəlik var" - EKSPERT FİKİR BİLDİRDİ

"Azərbaycanda təhlükəsizliyə yanaşmada biganəlik var" - EKSPERT FİKİR BİLDİRDİ

"İstehsalatda işəgötürənlər tərəfindən təhlükəsiz əmək şəraiti yaradılmalıdır. İşəgötürən buna borcludur. İşçilərin həyat və sağlamlığı üçün iş yerində hər hansı bir təhlükə olmamalıdır. İstehsalat dedikdə təkcə çörək, kolbasa, şirniyyat və s. bunlar nəzərdə tutulmur. Tikinti də, dağ-mədən sahəsi də istehsalata aiddir. İşçilər istehsalatda mütləq əmək müqaviləsi ilə işlədilməldir. Əmək müqaviləsində təhlükəsizliklə bağlı şərtlər, qaydalar və s. yer alır. İşçilərə təlimat verildikdən sonra onlar işə başlamalıdırlar". Bu sözləri SİA-ya açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib.

Ekspert bildirib ki, ayda bir dəfə təkrar təlimatlandırma olmalıdır: "Əslində bu 3 aydan birdir. Ancaq ayda bir dəfə olması, daha məqsədəuyğundur. Aparatların dəyişdirilməsi, təmir işləri, hətta yerlərinin dəyişdirilməsi ilə bağlı da işçi təlimatlandırılmalıdır. Buna istehsalat rəisi nəzarət etməlidir. Bütün bunlar işçilərin həyat və sağlamlığını təhlükədən qorumaq üçündür. İstehsalat rəisi təhlükəsizliyə əmin olduqdan sonra işin icrası həyata keçirilir. İşin təşkil olunmasında nöqsanlar olmazsa, bədbəxt hadisələrin baş verməsi minimuma enər”.

Onun fikrincə, Azərbaycanda təhlükəsizliyə yanaşmada biganəlik var: "Yəni, təhlükəsizlik ən sonda yada düşür. Burada söhbət insanların həyat və sağlamlığından gedir. İnsanların iş yerində xəsarət alması, həyatını itirməkdən söhbət edirsə, bu sahəyə nəzarət ciddi olmalıdır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə