Xaricdən gətirilən məhsullara görə məsuliyyəti kim daşıyır? - HÜQUQŞÜNAS AÇIQLADI
“Burada əsas nəzərə alınmalı məsələ odur ki, bu şirkətlər hansı xüsusiyyəti daşıyır. Bu şirkətlər daşınmanı həyata keçirir, yoxsa dükanın özüdür. İlk olaraq vətandaş ilə daşınma arasında olan müqaviləyə baxmaq lazımdır. Onlar elektron müqavilə bağlayır və burada elektron müqaviləyə uyğun məsuliyyət nəzərdə tutulur”. Bunu SİA-ya açıqlamasında hüquqşunas Şamil Paşayev deyib.
Ş.Paşayevin sözlərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsində qeyd olunub ki, yük göndərən yükün lazımınca qablaşdırmasını təmin etməlidir: "Əgər bu dükandırsa, o, yükü normal şəkildə qablaşdırıb göndərməlidir. Dükan qablaşdırmanın zahirən görünməyən qüsurları üçün məsuliyyət daşıyır. Məsələn, "A" dükanından mal alırsınız. Həmin "A" dükanı o qüsurlara görə məsuliyyət daşıyır. Lakin daşıyıcı şirkət isə qeyri-şərtsiz qəbul edirsə, həmin məhsulun daşınmasına görə məsuliyyət daşıyır. Ancaq burada nəzərə almaq lazımdır ki, daşıyıcı ilə əksər hallarda yükü qəbul edən arasında müqavilələrdə daşınmada çıxan problemlər sifariş verənin öhdəliyinə buraxılır. Belə olduğu halda daşıyıcı şirkətə hər hansı məsuliyyət yükləmək mümkün deyil".
"Ümumilikdə nəzərə almaq lazımdır ki, daşıyıcı çatdırılmanın gecikdirilməsinə, yükün qismən məhv olmasına görə bütün məsuliyyəti özü daşıyır. Bu da Mülki Məcəlləmizin 859-cu maddəsində qeyd olunub. Daşınmanı həmin məhsulu tamamilə başqa insanın vasitəçiliyi ilə həyata keçirdiyi halda yenə məsuliyyət daşıyır. Əsas bilməliyik ki, biz haradan daşıyırıq və müqavilədə də daşınmanın məsuliyyətini birmənalı olaraq yükü daşıyanın üstünə qoymalıyıq ki, hər hansı bir xoşagəlməz hal olduqda onlardan haqqımızı tələb edə bilək",- deyə o əlavə edib.
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB