"Özgüvənli insan özünün mənfi və müsbətlərini bilir" - PSİXOLOQ FİKRİ
“İnsanın özgüvənli olması üçün özü haqqında dolğun məlumata sahib olması vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, özgüvənli insan özünün mənfi və müsbətlərini bilir: “Bu cür insanlar başqalarının sözü ilə öz haqqındakı fikirlərini dəyişmir. Bu səbəbdən də özgüvənli olmaq üçün əsasən daxilimizdə olan mənimizi aşkar etməli, daha sonra isə mənfi-müsbətlərimizi tapmalıyıq. Özgüvənli uşaq yetişdirmək üçün valideynlər uşağı lazımi anda həm cəzalandırmalı, həm də mükafatlandırmalıdır. Eyni zamanda bunların lazımsız şəkildə edilməməsinə diqqət etmək lazımdır. Özgüvəni zəif olan insanlar özləri haqqındakı müsbətləri araşdırmalı və bu müsbətlər üzərində özlərini inkişaf etdirməlidirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB