Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Ümumi Yığıncağı keçirilir - YENİLƏNİR - FOTOLAR
Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Ümumi Yığıncağı keçirilir. SİA xəbər verir ki, iclasda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov, Sumqayıt şəhər veteran təşkilatının sədri - əmək veteranı Sovet Şükürov, Əməkdar müəllim Sara Xanlarova, Milli Qəhrəman polkovnik-leytenant Anar Mirzəyev, istefada olan general-mayor Vladimir Vasilyeviç Timaşenko, professor İbrahim Quliyev, istefada olan polkovnik Yusif Məmmədov və müxtəlif kateqoriyadan olan veteranlar, eləcə də 44 günlük Vətən müharibəsi iştirakçıları iştirak edirlər.
İclas Azərbaycan Respublikası himninin səsləndirilməsi ilə başlayıb. Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB