Son illər intihar hadisələri ilə bağlı məlumatlar stabil qalır - İDARƏ RƏİSİ

Son illər intihar hadisələri ilə bağlı məlumatlar stabil qalır - İDARƏ RƏİSİ

Son illər intihar hadisələri ilə bağlı məlumatlar stabil qalır. SİA xəbər verir ki, bunu Baş Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev deyib.

O bildirib ki, intihar edənlər arasında kişilər 3 dəfə üstünlük təşkil edir: "Səbəblər sırasında daha çox xəstəlik və psixoloji hallar olur. Uğursuz sevgi, ailədaxili münaqişələr müşahidə edilir. Ümumilikdə intihar halları ilə bağlı mütəmadi araşdırmalar aparılır. Əgər intihara sövq varsa, prokurorluqda müvafiq iş görülür”.

Bütün xəbərlər Facebook səhifəmizdə