"Qalib Ölkənin Qalibləri - 2023" adlı tədbir keçirilir - YENİLƏNİR - FOTOLAR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən cari il ərzində uşaq hüquqları, uşaqların inkişaf hüququ sahəsində səmərəli fəaliyyəti ilə seçilən uşaqların mükafatlandırılması məqsədilə "Qalib Ölkənin Qalibləri - 2023" adlı tədbir keçirilir. SİA xəbər verir ki, tədbirdə respublikanın bütün şəhər və rayonlarından fəallığı, xüsusi bacarıq və istedadı ilə seçilən, liderlik keyfiyyətlərinə sahib olan, eyni zamanda Uşaq Səfirlər Məclisinin üzvləri və regional nümayəndələri də daxil olmaqla 100-ə yaxın uşaq iştirak edir.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb və vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbir Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın giriş nitqi ilə başlayıb.
Mükafatlandırma mərasimi çərçivəsində müxtəlif nominasiyalara layiq görülmüş iştirakçıların uğurlarına dair videoçarxlar nümayiş etdirilib və istedadlı uşaqların ifasında musiqilər səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB