Metronun girişində yaşanan sıxlığın çarəsi NİYƏ TAPILMIR? - QURUM RƏSMİSİ DANIŞDI

Metronun girişində yaşanan sıxlığın çarəsi NİYƏ TAPILMIR? - QURUM RƏSMİSİ DANIŞDI

“Bakı metropolitenində səhər, xüsusən də, günorta və axşam saatlarında bir sıra stansiyaların giriş hissəsində sərnişin axını tənzimləmə vəziyyəti yaranır. Bunların olmasının əsas səbəbi platforma səviyyəsini ifrat yükləməkdən qorumaqdır. Platformanın ifrat yüklənməsi bir çox fəsadlara gətirib çıxara bilər”. Bunu SİA-ya açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

B.Məmmədovun sözlərinə görə, sərnişinlərin axını sıxlaşdıqca nəzarət mexanizmləri gücləndirilir: "Daha sonra isə eyni qaydada zərurət yaranarsa, ekskalator meydançaları, giriş və vestibüllərdə xüsusi nəzarət mexanizmləri tətbiq olunur. Xüsusi olaraq qeyd edim ki, bu gün Bakı Metropolitenində qatarların hərəkəti texniki cəhətdən mümkün ən optimal qrafika ilə təmin olunur. Yəni iş günlərində gur saatlarda "28 May" və "Həzi Aslanov" istiqamətində qatarların istiqaməti 2 dəqiqə intervalla tənzimlənir. Buna baxmaraq bir sıra stansiyalar axşam saatlarında "28 may", "Elmlər Akademiyası", "Gənclik", "Nəriman Nərimanov" stansiyalarında sıxlıq yaşanır. Bakı Metropoliteni yalnız bu tənzimləmə mexanizmlərindən istifadə edə bilir.

Bu gün sadəcə olaraq bunu əlavə edə bilərəm ki, metropolitenin ən vacib vəzifəsi sərnişinin daşınmasının təhlükəsizliyini təmin etməkdir. Bu səbəbdən tənzimləmə mexanizmlərindən istifadə olunur. Əfsuslar olsun ki, bunun başqa bir qaydası yoxdur. Ən vacibi sərnişinin metropolitenə təhlükəsiz daxil olması və qatarlardan istifadə etməsidir”.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə