Mədə yanmasına səbəb olan qidalar BƏLLİ OLDU - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ
“Mədədə qıcıqlanma və yanma kimi əlamətlər müşahidə olunursa, bu zaman hazırlanan qidaların sanitar-gigiyena qaydalarına uyğun şəklində hazırlanmasından əmin olmaq lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, həddindən artıq çox duzlu, yağlı, turş yeməkləri qəbul etdikdə mədədə narahatlığa səbəb olur: "Həmçinin səhər yeməyini qəbul etmədən kofe və ya kafein tərkibli içkilər, çay qəbul olunduqda da mədədə yanma, qıcqırma kimi hallar baş verir. Bu kimi qidaları davamlı olaraq qəbul edən insanlarda müəyyən mədə xəstəlikləri yaranmağa başlayır. Hər hansı qidaya qarşı həssaslıq və ya allergiyanın olub-olmamasını da bilmək orqanizmimizi qorumaq baxımından əhəmiyyətlidir. Uzun müddət mədədə yanma və qıcıqlanma baş verirsə, bu zaman müayinədən keçmək məqsədəuyğundur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB