“İlham Əliyev insan haqları ilə bağlı məsələdə olduqca diqqətlidir” - DEPUTAT DANIŞDI

“İlham Əliyev insan haqları ilə bağlı məsələdə olduqca diqqətlidir” - DEPUTAT DANIŞDI

“Azərbaycanda insan haqları bütövlükdə qanunvericiliklə qorunur və hər hansı bir şəkildə insan haqlarının pozulması ilə bağlı istər Ombudsman, istərsə də digər hüquq-mühafizə orqanları tərəfindən qaydalara əməl olunmasına xüsusi nəzarət tətbiq olunur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Deputat bildirib ki, ölkə başçısı İlham Əliyev də insan haqları ilə bağlı məsələdə olduqca diqqətlidir: “Cənab Prezident bu istiqamətdə öz mövqeyini dəfələrlə bildirib. Qanunsuz şəkildə hüquqların məhdudlaşdırılmasının yolverilməzliyi hər zaman diqqət mərkəzində saxlanılır. Bu səbəbdən də məsələ ilə bağlı hər hansı narazılığa əlamətlər yoxdur. Azərbaycan cəmiyyətində insan haqlarının qorunması istiqamətində bundan sonra da lazımi bütün addımlar atılacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə