Bu il Azərbaycanda əkilən ağac tinglərinin sayı açıqlanıb

Bu il Azərbaycanda əkilən ağac tinglərinin sayı açıqlanıb

Azərbaycanda bu il 3 milyon 200 mindən çox ağac tingi əkilib. SİA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyi də daxil olmaq aidiyyəti dövlət qurumlarının götürdükləri öhdəlik çərçivəsində əsasən meşə fondu ərazilərində əkilib: "Bundan başqa, 32 tona yaxın meşə cinslərinə aid ağac kollarının toxumlarl meşə fondu torpaqlarında bərpa məqsədilə səpilib".

Bütün xəbərlər Facebook səhifəmizdə