Qışın gətirdiyi fəsadlara qarşı hansı təhlükəsizlik tədbirləri görülməlidir? - EKSPERT ŞƏRH ETDİ
“Ümumiyyətlə, baş verə biləcək gözlənilən və gözlənilməz təhlükə risklərinə qarşı bütün təşkilatların, qurumların, özül müəssisələrin tədbirlər planı olmalıdır ki, bu cür hadisələrin qarşısı alınsın. Onlar artıq əvvəlcədən yəni, hadisədən əvvəl və sonra hansı tədbirlər görüləcəyi ilə bağlı tədbirlər planını artıq hazır etməlidir. Əlbəttə ki, Azərbaycanda qurumların çoxunda bu kimi tədbirlər planı var. Lakin belə hadisələrdən tam şəkildə sığortalanmaq mümkün deyil". Bu sözləri SİA-ya təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib.
Ekspert qeyd edir ki, hər fəslin öz təhlükə riskləri var və əvvəlcədən bunlara qarşı görülən planlı şəkildə tədbirlər hadisədən daha az fəsadla qurtulmağa imkan verir: “Dünyanın bütün ölkələrində gözlənilən və gözlənilməz hadisələr baş verir. Bunlara təbiət hadisələri, təbii fəlakətlər, fövqəladə hadisələri, uçqunlar, çay daşmaları və s. aiddir. Belə hadisələrin qarşısını almaq dünyanın heç bir yerində mümkün deyil, yalnız qarşısını almaq məqsədilə tədbirlər görülə bilər. Maddi-texniki bazanı genişləndirməklə, müasir texnologiyaların, müasir vasitələrin tətbiqi ilə müəyyən qədər əvvəlcədən xəbərdar olmaq olar”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB