"Marketlər endirim adı ilə vətəndaşları..." - QURUM RƏSMİSİ AÇIQLADI

"Marketlər endirim adı ilə vətəndaşları..." - QURUM RƏSMİSİ AÇIQLADI

"Hər gün on tonlarla qidanın yararlılıq müddəti bitir. Lakin bu qidaların son taleyinin necə olması qaranlıq olaraq qalır. İl ərzində yalnız bir şirkətin öz təşəbbüsü ilə 100 tona qədər qida məsullarının məhv edilməsi prosesində iştirak etmişik.Digər istehsalçı şirkətlərdən isə məsələ ilə bağlı səs çıxmayıb". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, yararlılıq müddəti bitmiş məsulların son ünvanı təəssüf ki, bir çox hallarda biz istehlakçılarıq: "Çünki marketdə yararlılıq müddəti bitmiş məsul distribütörə qaytarılır və məsul istehlakçıya verilir. İstehlakçı isə məsul üzərində müəyyən dəyişikliklər edərək, məsulu yenidən satış müəssisələrinə göndərir. Dövlət orqanları bu prosesi dəfələrlə ifşa etsələr belə, proseslər çox gizli formada gedir. Başqa sözlə desək, vaxtı keçmiş məsul açıq şəkildə KİV, ictimai təşkilatların iştirakı ilə məhv edilməlidir. Vaxtı keçmiş məsulların çeşidi çox müxtəlifdir, burada 20 minə qədər istiqamət var. Buna görə də vaxtı keçmiş məsullarla bağlı dəqiq bir statistika yoxdur.

Marketlərdə endirimli məsullarla endirimdə olmayan məsullar eyni taxcaya qoyulur. Vətəndaş isə bəzən endirimdə olmayan məsulu götürür və kassada endirimdə olmadığını öyrənir. Bir sözlə, marketlər endirim adı ilə vətəndaşları marketə cəlb etmək üçün strategiya qururlar".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə