AYDA-da kadr dəyişikliyi olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “7№-li Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin direktoru Xəqani Novruzov vəzifəsindən azad edilib. SİA-nın əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Orxan Novruzova həvalə olunub.

Xatırladaq ki, “7№-li Avtomobil Yollarının Yaşıllaşdırılması” şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə