Cənub rayonlarında güclü külək əsir...

Cənub rayonlarında güclü külək əsir...

Güclü külək Cənub rayonlarında bir sıra problemlərə yol açıb.

SİA APA-ya istinadən xəbər verir ki, son bir neçə saat ərzində hava şəraiti sakinlər arasında təşvişə səbəb olub.

Bununla bağlı Cəlilabad təcili tibbi yardım stansiyasına 10, Biləsuvara isə 6 çağırış daxil olub.

Bu da əvvəlki günlə müqayisədə təxminən 2 dəfə çoxdur.

Əksər ərazilərdə elektrik enerjisinin verilişi dayanıb.

Digər fəsadların olub-olmaması araşdırılır.

Hazırda bölgədə küləkli hava şəraiti davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə