Oğuz rayon sakinləri odlu silahları polisə könüllü təhvil veriblər

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri biri yivli “TOZ-8” markalı olmaqla qanunsuz saxladıqları iki ov tüfəngini könüllü olaraq təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə