“Dini radikalizm cəmiyyətə təhlükədir” - ŞƏRH EDİLDİ

“Dini radikalizm cəmiyyətə təhlükədir” - ŞƏRH EDİLDİ

“Müstəqilliyimizin ilk illərində dini sahədə boşluq yarandı. Bu boşluqdan radikal dini qruplar istifadə etdi və insanları islam dinindən istifadə edərək dini radikalizmə çəkməyə başladı. Çox təəssüflə qeyd etmək istəyirəm ki, bu gün də dini radikalizmin təsiri altına düşən şəxslər olur. Amma son illər din-dövlət müstəvisində böyük irəliləyişlərə nail olunub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, məhz qəbul olunmuş “Dini etiqad azadlığı hgaqqında qanun” islam dinini radikal cərəyanlardan ayırmağa və insanların saf islam dini dəyərlərinə istiqamətlənməsinə yol açmışdır.
Hesab edirəm ki, din sahəsində çoxlu iş aparılmalıdır. İlk növbədə din sahəsi ilə məşğul olanların dini təhsilə malik olmasının əsas şərt olduğunu düşünürəm. Yəni, islam dinindən suiistifadə edərək radikalizmi yaymağa çalışan şəxslər insanlara dini təbliğat aparmamalıdır.

Dini təhsilin alınmasına maraqlı şəxslər üçün də ölkədə şərait yaranmışdır. İlahiyyat institutu və dini kolleclər fəaliyyətini davam etdirir. Bir müddət keçəndən sonra ölkədə dini təhsilli kifayət qədər kadr formalaşcağını heab edirəm. Bu da dini ayinlərin və məclislərin keçirilməsini müəyyən radikal maraqların xeyrinə yox, islam dini dəyərlərinə uyğun həyata keçirməsinə yol açacaq. Din sahəsinə maraq deyiıləndə bu hər bir insanın azad seçimi olmalıdır. Çünki, heç kim heç kimi dini təhsil almağa məcbur etməməlidir. Əgər bir şəxs öz gələcəyini dini sahədə görürsə təbii ki, onun dini təhsilə yiyələnməsində heç bir məhdudiyyət yoxdur. Sadəcə ölkəmizdə dövlət maraqlarına qarşı olan radikal dini fəaliyyət qadağandır. Dini radikalizm cəmiyyətə təhlükədir və ona görə də onun yayılmasının qadağan olunmasını çox düzgün addım hesab edirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə