Ər-arvad maşınlarını etibarnaməsiz sürə bilər? - DETALLAR - AYDINLIQ GƏTİRİLDİ
“Nikah şəhadətnaməsi ər-arvad üçün həm də etibarnamədir. Əgər ər və arvadın nikah şəhadətnaməsi varsa, etibarnamə olmadan ikisi də digərinin avtomobilini sürmək hüququna malikdir”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

O, sözlərinə belə davam edib: “Nikah dövründə əldə olunmuş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunduğundan nikahdan sonra alınmış avtomobilin qeydiyyat şəhadətnaməsində kimin adının yazılmasının əhəmiyyəti yoxdur.
Ailə məcəlləsinin 32-ci, mülki məcəllənin 225-ci maddələrinə əsasən ər və arvadın birgə nikah dövrlərində əldə etdikləri bütün əmlaklar hər ikisinə aiddir.
Konstitutsiya Məhkəməsinin “ər-arvadın rəsmi reyesterdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyatə keçirirsə, bu halda güman edilir ki, o digərinin razılığı ilə həyata keçirir.
Qeydiyyat şəhadətnaməsində onlardan birinin adı varsa, o biri də sürə bilər. Bu hüquq ailə üzvlərindən yalnız ər-arvada aid edilir. Bu hüquq övlad üçün keçərli deyil. Bunu sübut etmək üçün sənəd tələb olunduğu zaman nikah şəhadətnaməsi təqdim edilməlidir.
Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin özünün şəxsən nəqliyyat vasitəsində olmadığı hallarda maşını idarə edənlərin yanında mütləq etibarnamə olmalıdır. Əks halda, bu, inzibati məsuliyyətə səbəb olacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB