"2016-cı ildən başlayaraq paytaxt Bakı şəhərində qəzalı vəziyyətdə olan, istismar müddətini bitirmiş binaların söküntüsü başlayıb. Bu günə qədər onlarla çoxmənzilli yaşayış binaları və fərdi yaşayış evlərindən ibarət yaşayış massivləri yenitikili binalarla əvəzlənib". Bu sözləri SİA-ya əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Ekspertin sözlərinə görə, hazırda bəzi tikinti şirkətləri tərəfindən evləri sökülən vətəndaşlara pul təklif olunur: "Həmin ödənilən vəsaitlə vətəndaşlar bəzən razı, bəzən isə narazı qalır. Hazırda Yasamal rayonunda köhnə tikili binalarda birotaqlı mənzillərin satış qiyməti təxminən 85-95 min manat arasında dəyişir. Onu da deyim ki, "Xruşovka" layihəli binalarda birotaqlı mənzillər 30 -35 kvadrat metrdir. Ikiotaqlı mənzillər 100-140 min, üçotaqlı isə 135-180 min manat civarındadır. Bazar qiyməti ilə dəyərləndirsək hər kvadrat metr üçün 3000 manat təklif olunmalıdır. Ancaq şirkətlərin həmin ərazidəki evlərə kvadratmetri 2000-2100 AZN-ə təklif olunması düzgün deyil. Şirkətin təklif etdiyi məbləğlə vətəndaş o ərazilərdən ev ala bilməz. Real bazar qiyməti ilə təklif olunan qiymət üst-üstə düşmür”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB