“COP29-un ölkəmizdə keçirilməsi xüsusilə əhəmiyyət daşıyır” - MÜNASİBƏT

“COP29-un ölkəmizdə keçirilməsi xüsusilə əhəmiyyət daşıyır” - MÜNASİBƏT

“COP29 konfransının region və dövlət olaraq Azərbaycanda keçirilməsinə qərar verilməsi ölkəmizin dünya miqyasında böyük nüfuzunun göstəricisidir”. Bunu SİA-ya açıqlamasında politoloq Tural Rzayev deyib.

Onun sözlərinə görə, bundan əvvəl də Azərbaycan müxtəlif beynəlxalq konfranslara ev sahibliyi edib: “Azərbayacan yaşıl enerji məsələsində müasir enerji tendensiyalarını izləyir. Xüsusilə də torpaqlarımız erməni işğalından azad edildikdən sonra Azərbaycan yaşıl enerji konsepsiyasına xüsisi önəm verir və bu istiqamətdə bir sıra uğurlu layihələr həyata keçirir. Məlumdur ki, Qarabağda klassik enerji üsullarından deyil, müasir enerji üsullarından istifadə olunacaq. Yəni alternativ və bərpa olunan yaşıl enerjidən istifadə olunması nəzərdə tururlur. Azərbaycan yaşıl enerji ilə bağlı bir sıra ölkələrlə əməkdaşlıq münasibləri qurur və bu əlaqələr dah da genişlənməkdədir. Beynəlxalq təşkilatların fəaliyyətində aktivlik nümayiş etdirməsində Azərbaycanın böyük təcrübəsi mövcuddur. Əminliklə demək olar ki, Azərbaycanda keçiriləcək COP29 konfransı uğurlu nəticələrlə yadda qalacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə