Şəhid övladı Xankəndidə Mehriban Əliyava ilə foto çəkdirdi - FOTO
Xəbər verdiyimiz kimi, Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və MOİK komandaları arasında oyun başlayıb. SİA-nın məlumatına görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda oyunu izləyir.
Xankəndi şəhərində keçirilən matçda tamaşaçı qismində şəhid ailələri və yaxınları da iştirak edir.
Sentyabrın 19-da antiterror tədbirləri zamanı Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olan Daxili Qoşunların çavuşu Şəhid Zahir Əliyevin qızı Nilay Əliyeva da tamaşaçılar arasındadır.
O, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə foto çəkdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB