İfadə olunmayan gözləntilər cütlüklər arasında hansı problemlərə yol aça bilər? - PSİXOLOQ DANIŞDI

İfadə olunmayan gözləntilər cütlüklər arasında hansı problemlərə yol aça bilər? - PSİXOLOQ DANIŞDI

“Cütlüklər arasında emosiyaların ifadə edilməsi olduqca önəmli məsələdir. Çünki deyilməyən sözlər və hislər daha sonra böyük problemlərə gətirib, çıxarır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, danışılmayan problemlər özü ilə daha böyük münaqişələr gətirir: “Bu səbəbdən də düşüncə və emosiyalarımızı münasibətə başlamamışdan öncə belə açıq şəkildə ifadə etməliyik.

Utancaqlıq, düşüncə problemləri və s. cütlüklərin biri-birinə qarşı fikirlərini açıq ifadə edə bilməmələri ilə nəticələnir. Eyni zamanda özgüvənsizlik və komplekslər də insanların fikirlərini açıq şəkildə ifadə etmələrinə mane olur. Məsləhət görülür ki, iki şəxs münasibət qurmadan öncə biri-birini tanıyıb, fikirlərini açıq şəkildə ifadə edə biləcək səviyyəyə gəlsinlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə