Qadın ölümlərində “TikTok” və serialların rolu var? - EKSPERT ŞƏRH ETDİ

Qadın ölümlərində “TikTok” və serialların rolu var? - EKSPERT ŞƏRH ETDİ

“Zorakılıq edən insanlara ictimai qınaq lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında Vəfa Sosial Problemlərinin Həllinə Dəstək İctimai Birliyin sədr, sosial məsələlər üzrə ekspert Fatimə Hacıbəyli deyib.

Onun sözlərinə görə, qadınlara qarşı münasibədə hazırda kəskin dəyişiklik var: “Kişilər bütün günahları qadınlarda görürlər. Qadınlara qarşı zorakılığın artmasında həm sosial şəbəkənin, həm də televiziyanın rolu danılmazdır”.

Fatimə Hacıbəyli sözlərinə belə davam edib: “Bu gün bəzi qadınlar ailesinə vaxt ayırmaq əvəzinə seriala baxmağa, sosial şəbəkədə vaxt keçirməyə üstünlük verir. Təbii ki, bu da ailədə narazılığa səbəb olur. Bu kimi səbəblər psixoloji problemi olan, işdən əsəbi gələn kişilərin daha da qıcıqlanmasına səbəb olur. Düşünürəm ki, insanlar ilk növbədə ailə- məişət problemlerini həll etsin, sonra sosial şəbəkəyə vaxt ayırsın”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə