“Azərbaycanda dinərlərarası harmoniyanın əsasını Ulu Öndər qoyub”

“Azərbaycanda dinərlərarası harmoniyanın əsasını Ulu Öndər qoyub”

“Azərbaycanda dinərlərarası harmoniyanın əsasını Ulu Öndər qoyub. Sevindirici haldır ki, hazırda Prezident İlham Əliyev bu siyasəti davam etdirir”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı millət vəkili Sahib Alıyev deyib.

Deputat bildirib ki, gələn il COP29-un ölkəmizdə keçirilməsinin mühüm əhəmiyyəti var: “Belə ki, ölkəmizə gələn xarici qonaqların bir çoxu Qarabağda və paytaxtımızda İslam dini ilə yanaşı, digər dinlərə aid abidələrə də göstərilən diqqətin şahidi olacaqlar. Bu isə bir daha Azərbaycanın multikultural bir dövlət olduğunu göstərmiş olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə