“Dünyəvilik prinsipi bütün sahələr üzrə ardıcılıq olaraq davam etdirilir“ - Komitə sədri

“Dünyəvilik prinsipi bütün sahələr üzrə ardıcılıq olaraq davam etdirilir“ - Komitə sədri

“Prezident İlham Əliyev Ulu Öndərin siyasətini uğurla davam etdirir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın bütün sahələr üzrə əsas siyasi xəttini formalaşdırıb”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, son 20 ildə Azərbaycanda 435 məscid inşa edilib: “Eyni zamanda Heydər Əliyev Fondunun xətti ilə yüzlərlə məscid təmir edilərək, əhalinin xidmətinə verilib. Bütün bunlar Prezident İlham Əliyevin milli mənəvi dəyərlərə verdiyi diqqətdir. Həmçinin digər dinlərə məxsus olan dini abidələr də təmir olunub. Ümumiyyətlə dünyəvilik prinsipi bütün sahələr üzrə ardıcılıq olaraq davam etdirilir. Bu Azərbaycan dövlətinin bütün dinlərə eyni münasibətlə yanaşdığının göstəricisidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə