“Son 20 il ərzində 435 yeni məscid tikilib” - MÜBARİZ QURBANLI

“Son 20 il ərzində 435 yeni məscid tikilib” - MÜBARİZ QURBANLI

“Ölkə başçısı İlham Əliyevin prezidentliyi dövründə 435 yeni məscid tikilib”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, 20 il ərzində yüzlərlə məscid təmir olunaraq, Azərbaycan xalqının istifadəsinə verilib: “Hazırda işğaldan azad edilmiş ərazilərdə də məscidlərin yenidənqurma və bərpa işləri aparılır. Bir neçə müddət əvvəl Şuşada Gövhərağa məscidinə imam təyin etdik. Digər işğaldan azad edilmiş ərazilərdə də məscidlərin bərpa prosesi başa çatdıqdan sonra din xadimlərinin təyinatı həyata keçiriləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə