Məktəblərdə istiliklə bağlı vəziyyət necədir? - DİQQƏT!

Məktəblərdə istiliklə bağlı vəziyyət necədir? - DİQQƏT!

Son günlər havaların kəskin şəkildə soyuması məktəblərin istiliklə təmin edilməsi məsələsini gündəmə gətirib. Əməkdaşlarımız təhsil ocaqlarında istiliklə bağlı mövcud vəziyyətin necə olması ilə maraqlanıb. Qazax şəhərinin 1 və 3 saylı ümumtəhsil məktəbi müasir istilik sistemi ilə təchiz edilib. SİA mövzu ilə bağlı reportaj hazırlayıb.

Şagird Nuray Qədirli: “Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbdə təhsil alıram. Burada nə qədər soyuq olsa da, siniflərimizin hər biri istiliklə dövlət tərəfindən təmin olunur. Sinfimiz istidir və biz ona görə də məktəbli formamızda əyləşib dərslərimizi rahat keçə bilirik”.

Şagird Nuray Əhmədli: “Mən oxuduğum məktəbdən çox razıyam. Havalar soyusa da, bu məktəb təmirli və istidir”.

Müəllim Mustafa Mirzəyev: “Çox soyuq olmasına baxmayaraq artıq məktəbimizdə istilik sistemi tam işə düşüb. Noyabr ayının 15-dən istilik verilməyə başlayıb. Otaqlarımız istidir, temperatur normaldır. Hər gün kombilər yoxlanılır, havası alınır. Deməkk olar ki, heç bir problem yoxdur”.

Direktor Şəbnəm Əliyeva: “İstilik sistemi ilə təmin olunmuşuq. Mərkəzləşmiş istilik sistemidir. Hər bir sinifdə kombi quraşdırılıb uşaqlar rahat məktəbli formasında dərslərdə iştirak edirlər”.

Qeyd edək ki, məktəblərdə sinif ocaqları ilə yanaşı dəhlizlərdə də istilik mövcuddur ki, bu da şagirdlərin yüngül geyimdə dəhlizlərdə hərəkət etməsinə imkan yaradır.
Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə