"Cinsi yolla keçən infeksiyaların hamısının peyvəndi yoxdur" - MÜNASİBƏT BİLDİRİLDİ
"Təəssüflər olsun ki, cinsi yolla keçən infeksiyaların hamısının peyvəndi yoxdur. Bunların içərisində yalnız B hepatit növü və insan papilloma virusudur". Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Adil Qeybulla deyib.
Həkim bildirib ki, B hepatitinin vaksinasiyası hazırda aparılır. Onlar hətta milli peyvənd təqviminə də daxil edilib. Yəni uşaq vaxtından peyvəndlənmə prosesi aparılır: "Lakin yaşlı adamlar da peyvənd oluna bilərlər. Qeyd etmək lazımdır ki, B hepatiti virusu cinsi yolla yanaşı, qan vasitəsilə də keçir. Amma insan papilloma virusuna qarşı vaksinasiya ilk cinsi əlaqəyə qədər olunmalıdır. Əks halda vaksinasiyanın bir mənası qalmır. Bu uşaqlıq boynu xərçənginin proflaktikası üçün də olduqca vacibdir. Digər cinsi yolla keçən infeksion xəstəliklərin isə hələ ki, peyvəndi yoxdur. Buna görə də çalışıb, cinsi yola keçə biləcək infeksiyalardan qorunmaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB