Ölünün adına xörəyə duz atmaq dində necə izah olunur? - AYDINLIQ GƏTİRİLDİ
"Hər şeydən öncə yemək bişirərkən bir məsələ nəzərə alınmalıdır. Yəni, yemək bizimdir, ya bizim deyil?! Halal qazanmışıq, ya yox?! Bundan sonra növbəti məsələlərə fikir vermək lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında din xadimi Hacı Mircəfər Əyyubov deyib.
Mircəfər Əyyubov sözlərinə davam edərək bildirib ki, xörək bişirərkən ölünün adına duz atmaq məsələsinə gəldikdə, şəriətdə belə bir hökm yoxdur: "Bu, sadəcə, el adətidir. Nə zamansa ağbirçəklər ediblər və camaat da bunu el adəti olaraq qəbul edib. Amma şəriətə əsasən, belə bir qanun yoxdur. Şəriətə əsasən, ümumiyyətlə, yas yerinə gedərkən yemək aparmaq məsləhətdir ki, yas sahibinin qəmi şiddətli olar yemək yeməz və yaxud bişirməz. İndi vəziyyət və ənənələr dəyişib. Heç kim deyə bilməz ki, islam bunu haram edir və yaxud vacibdir. Adətlər islama zidd olmadıqca, islam dini onları qadağan etmir. Ola bilər ki, bir şey islamda olmasın, amma islam onu qadağan etmir. Məsələn, Novruz bayramı kimi. Novruz bayramı islami bayram deyil. Lakin islam onu qadağan etmir. Çünkü burada mənfi ənənə yoxdur”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB