“Azərbaycan xalqı olaraq ərazilərimizdəki bütün abidələri təmir edirik“ - MÜNASİBƏT BİLDİRİLDİ
“Erməni-daşnak qüvvələri tərəfindən işğal edilən Qarabağ torpağında kifayət qədər tarixi abidələr mövcuddur. Bu abidələrdən biri ən qədim insan məskənlərindən olan Azıx mağarasıdır. Bu mağara dünyada ən qədim 4-cü insan məskəni sayılır. Yəni 1960-cı illərdə ilk dəfə bu abidə aşkar edilmiş, daha sonra abidədə arxeoloji qazıntılar aparılıb. 1968-ci ildə isə Azıx adamının alt çənə sümüyü tapılıb və hazırda Azərbaycan Tarix muzeyində saxlanılır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.
Deputat bildirib ki, arxeloqlar bu abidələrin 350-400 min yaşı olduğunu və ən qədim insan sümüklərindən biri olduğunu sübut etdilər:
“Təəssüflər olsun ki, XX əsrin sonlarında ərazilərimiz işğal edildi və Azıx mağarası da düşmən işğalı altına düşdü. Daha sonra isə ermənilər araşdırmalar apararaq, bütün dünyanı Azıx mağarasının onların olmasına inandırmağa çalışırdılar. Lakin həqiqətlər hər kəsə məlumdur.
Azərbaycanın Qarabağ bölgəsində kifayət qədər mühüm tarixi abidələri mövcuddur. Ağdam, Füzuli, Cəbrayıl ərazilərində mühüm dini və tarixi abidələr var. Biz Azərbaycan xalqı olaraq ərazilərimizdəki bütün abidələri təmir edirik. Əgər bu abidələr ermənilərə məxsus olsa idi, onlar bu əraziləri vəhşicəsinə viran qoymazdılar. Bu abidələr bizimdir ki, onları göz bəbəyi kimi qoruyur, bərpa edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB