“Psixoloji problemlərin qalıcılığı insana görə dəyişir” - PSİXOLOQ DANIŞDI
“Hazırda valideynlər daha çox uşaqlarının dərsə marağının az olması, qavrama və diqqət kimi problemlərlə bağlı müraciət edirlər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Psixoloq bildirib ki, psixoloji problemlərin qalıcılığı insana görə dəyişir: “Psixoloji problemlər ani olaraq, birdən-birə yaranmır. Uzun müddətə formalaşan psixoloji problemlər də düzgün istiqamət götürülərək, yaxşı nəticə əldə etmək mümkündür.
Günümüzdə valideynlərin uşaqları ilə bağlı ən böyük şikayətləri qavrama və diqqət probleminin olması ilə bağlıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB