Saxta zənglər hansı məsuliyyət yaradır? - DİQQƏT! - QURUM RƏSMİSİ AÇIQLADI
Bəzən Daxili İşlər Nazirliyinin və digər dövlət qurumlarının "Qaynar xətlərinə" saxta müraciətlər daxil olduğu müşahidə edilir. Bəs bu saxta müraciətlərə qarşı hansı cəza tədbirləri görülür? SİA mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyevin fikrini öyrənib.
DİN rəsmisi bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə müvafiq olaraq, bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma ilə bağlı inzibati xəta haqqında iş üzrə icraat aparıla bilər: “İnzibati xəta xarakterli əmələ görə, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə - yüz manat məbləğində cərimə tətbiq edilir”.
Müəllif: Rəşid Qarayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB