Boşanmaların sayının artmasının səbəbləri araşdırılmalıdır - MƏLAHƏT İBRAHİMQIZI
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı son dövrlərdə boşanmaların sayının artması problemini qaldırıb. SİA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat boşanmaların sayının artdığına diqqət çəkib.
“Boşanmaların sayı artmaqdadır. Bunun səbəbləri araşdırılmalıdır. Sosial şəbəkələrdə paylaşılan statistikaları görürük. Boşanan insanlarla danışıqlar aparılırmı?”, - deyə deputat qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB