"Ulu Öndərin xatirəsi hər zaman Azərbaycan xalqının ürəyində yaşayacaq" - Aydın İbadov
"Ulu Öndər Heydər Əliyevin dövründə respublikamız hər zaman inkişaf edib". SİA xəbər verir ki, bu sözləri ADRA-nın İdarə Heyətinin sədri Aydın İbadov deyib.
"Ümummilli liderin xidmətləri sayəsində Azərbaycan bütün sahələrdə böyük uğurlar qazanıb. Ordu quruculuğu sahəsində də rəhbərliyi ilə böyük işlər görülüb. Onun ən böyük arzusu torpaqlarımızın azad olunması idi. Prezident İlham Əliyev Azərbaycan Ordusunun şüacəti ilə Qarabağı azad etdi və Ulu Öndərin vəsiyyətini yerinə yetirdi. Ulu Öndərin xatirəsi hər zaman Azərbaycan xalqının ürəyində yaşayacaq".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB