Nə üçün Azərbaycan filmlərinə baxış yoxdur? - SORĞU

Nə üçün Azərbaycan filmlərinə baxış yoxdur? - SORĞU

Azərbaycan seriallarına nə üçün baxış yoxdur?

Mövzu ilə bağlı SİA-nın sorğusunu təqdim edirik.

Şəhər sakini Şahbalayeva Nurcahan düşünür ki, Azərbaycanda istedadı olan aktyor və aktrisalar işə götürülmür: "Lakin xaricdə filmlərə qarşı baxış sayısı çoxdur. Hətta uşaq aktyorlar belə çox istedadlıdır və möhtəşəm performans göstərirlər. Bizdə yaş həddindən asılı olmayaq heçkim oynaya bilmir. Bunun səbəbi qabiliyyət imtahanı vermədən qəbul olmalarıdır. Yəni araya dost tanış, qohum girir. Əgər hərkəs işə öz istedadı ilə yanaşsa, istedadlılarımız qəbul olsa işə hərkəs qabağa gedər.”

Şəhər sakini Gülnar Mirzayevanın fikrincə Azərbaycan seriallarına baxış azdır çünki, pozitiv verlişlər və filmlər yoxdur: " Yəni nə vaxt televiziyaya baxırsan ancaq neqativ mövzulardır. Onsuz da Azərbaycanda bizim həyat tərzimiz baxımından çətinlik çəkirik. Əlavə olaraq belə filmlərə baxmaq da insanı daha geri atır. Çarə olaraq düşünürəm ki, pozitiv, gülməli seriallar olsun. Ağlaşma filmləri çoxluq təşkil etməsin.”

Şəhər sakini Babazadə Rahidə bildirib ki, seriallarımiza baxış sayısının az olmasının birinci problemi, aktyorlarımızın kifayət qədər rolu daşıya bilməməsidir: "Oynadıqları ssenariləri lazımı qədər həqiqi oynaya bilmirlər. Keçmiş seriallarımıza baxdığımız da necə maraqlı olduğunu və dəfələrlə izləndiyini görürük. Əsas məsələ bəlkə də ssenarinin marağlı deyil aktyorların gözəl olmasıdır. İndi isə o süniliyi gördüyümüz üçün izləmirik. Məncə qabiliyyət imtahanları çox sərt şəkildə götürülməlidir. “

Şəhər sakini Abuşova Qəzəl qeyd edib ki, filmlərdə qeyri-etik ifadələr işlədilir və mövzu baxımından əhatəli deyillər: "Düzgün ssenari yazılmalıdır mütləq olaraq. Aktyorları günahlandırmıram çünki onlar sadəcə kağızda olanı oynayırlar. Qabiliyyət imtahanı nəinki aktyorlar üçün,rəssam ve digər belə sənət işiylə məşğul olanlar üçün ciddi keçirilməlidir".

Şəhər sakini Mehtiyeva Elnurə düşünür ki, Maraqlı şeylər təqdim etmək üçün inkişaf yoxdur: "Gənclərə uyğun filmlər çəkilmir. Düşünürəm ki, aktyor oyunu çox saxtadır. Ölkəmizdəki yaşayış tərzini hərkəs bilir ona görə fərqlilik eləmək üçün xaricilərdən ssenari oğurlayırlar. Əgər ssenarilərdə gərçəklik ön planda olsa daha çox fərq hiss olunar".

Şəhər sakini İsmayılova Validə qeyd edib ki, keçmiş filmlərimizdən olan “ Ögey ana “ ve.s kimi filmlerimiz daha maraqlı idi: "Amma indiki gənclərimiz sadəcə telefon, internet, kompüter istifadə edərək vaxtlarını keçirməyi daha çox sevir. Ona görə nəinki ölkəmiz hətta xaricdə belə televiziyaya maraq yoxdu. Bu sözlərim sadəcə gənc nəsil üçün deyil, hətta yaşlı nəsildə sosial şəbəkələrdə daha fəaldır. Düşünürəm ki, həmdə televiziya kanallarında maraqlı baxıla biləcək nə serial nədə proqram var. Elə aktyorlarımız var ki, sadəcə pul qazanmaq üçün belə filmlərdə çəkilir. Lakin həqiqətən peşəsini sevən, canla başla oynayan aktyorlarımızda var. Ən çox Aktrisa Üzel Kərimovanı sevirəm”.

Paytaxt sakini Uğur Əliyev bildirib ki, filmlərə baxış yoxdur çünki maraqsızdır: "Bütün hərşeyi maraqsız çəkirlər. Filmlərdə tamaşaçılara dərin məna göndərə bilmirlər. Sovet vaxtının filmlərinə getsək, orada hər hansı mövzunu dərin izah edirdilər. Əsas problem rejissorlardadıt. Aktyorun yaxşısı və ya pisi var deyə bilmərəm, hərkəs əziyyət çəkir. Rejissorlarımız öz fikrini düzgün şəkildə izah edə bilmir. Əgər rejissorlarımızda inkişaf olsa bu problem də aradan qalxar".

Şəhər sakini Əbdulov Bulud bildirib ki , filmlərimizdə akyorlarımız düzgün iştirak eliyə bilmir: "Ssenarilərimiz digər xarici dövlətlərdən götürülür. Burada həm aktyor həmdə rejissor günahkardır. Filmlərimizdə irəlləyişin olacağına inanmıram. Bunuda qeyd edimki, rejissorlarımız sadəcə ailəvi mövzulara toxunur, digər mövzulara isə heç toxunulmur".

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə