Əjdaha ili nə vəd edir? - ASTROLOQ AÇIQLADI

Əjdaha ili nə vəd edir? - ASTROLOQ AÇIQLADI

"2024-cü il Əjdaha ilində doğulanlar üçün enerjilərinin yüksək olduğu bir dövr olacaq. Fevralın 10-dan etibarən yaşıl əjdaha ili başlayır. Bu da o deməkdir ki, əjdaha ilində doğulanlar digərlərinə nisbətən il ərzində daha enerjili, şanslı və güclü olacaqlar". Bu sözləri SİA-ya açıqlamasında astroloq Səbuhi Rəhimli deyib.
Onun sözlərinə görə, nücum elmi yarandığı dövrdən müasir zəmanəyə qədər bütün mənbələrdə ilin hakimi olan heyvanın həmin ildə doğulanlara daha düşərli olacağı vurğulanır: "Bu amili nəzərə alsaq, deməli 2024-cü ildə əjdahaların bəxti hamıdan çox gətirəcək. Lakin mənalı yaşayış üçün bəxt heç də həmişə əsas rol oynamır. Ağıl, uzaqgörənlik, əzmkarlıq, davranış və münasibətlər də kompleks təşkil etməlidir".

"Əjdaha ili bu ildə doğulanların şəxsi taleyində dönüş olacaq. Yaradıcılıq potensialının genişlənməsi, yeni və səmərəli planların həyata keçməsi onların fəaliyyətinə müsbət çalarlar gətirəcək. Əjdaha 2024-cü ildə başa düşəcək ki, maraqlı həyat təkcə biznes uğurlarından deyil, həm də sevgi münasibətlərindən ibarətdir. İlin son 3 ayı istisna olmaqla onlar üçün bu il ailə qurmaq düşərli olacaq. Əjdaha ilində doğulanlar 2024-cü ildə heç nədən korluq çəkməyəcəklər",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə