“Kalsium orqanizmdə təbii şəkildə yaranmır” - MÜTƏXƏSSİS DANIŞDI
“Orqanizmin əsas hissəsini təmin edən ən önəmli minerallardan biri də kalsiumdur. Xüsusilə kalsiuma orqanizmimizdə sümüklərdə və dişlərdə rast gəlinir. Kalsium orqanizmdə təbii şəkildə yaranmır, yalnız qidalar vasitəsilə yaranır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, kalsium çatışmazlığı ciddi xəstəliklərə səbəb olduğundan, kalsiumun balansını hər zaman orqanizmdə düzgün şəkildə saxlamaq lazımdır: “Kalsiumun orqanizmə, sümüklərə, dişlərə faydası çoxdur və lazımi qədər olmadıqda böyük fəsadlara səbəb olur. Mütləq şəkildə qidalanmada kalsium dəyəri yüksək qidalara üstünlük vermək lazımdır. Bir çox qidaların tərkibində kalsium mövcuddur. Bu qidalara misal olaraq süd məsullarını göstərə bilər. Bu məsullardakı kalsium orqanizm tərəfindən daha yaşxı sorulur. Eyni zamanda buğda, mərcimək, ağ lobyada da kalsium mövcuddur.
Meyvələrin suyunda kalsium daha mənimsənilən olur ki, buna da diqqət etmək lazımdır.
25-30 yaşdan sonra kalsium ehtiyacı daha çox yaranır, buna görə də sadalanan qidalara üstünlük vermək vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB