Analarımız hansı doğru bildikləri yalnışlarla bizə zərər verir? - MÜSAHİBƏ
Psixoloq Leyla Əlinin SİA-ya verdiyi müsahibəsini təqdim edirik:
- Ailə nədir?
- Ailə bizim doğulduğumuz mühitdir, burada böyüyür və inkişaf edirik. Ailə fərdlər üçün ibtidai təhsilin alındığı, cəmiyyətin mədəniyyət və dəyərlərinin köçürüldüyü, ehtiyacların ödənildiyi mühit kimi əvəzsizdir.
- Ailənin həyatımızda hansı rolu var?
Nəzərə alsaq ki, insan sosial varlıqdır və cəmiyyətdə yaşamaq məcburidir, fərdin tək yaşadığı, onun ehtiyaclarını qarşıladığı və ailənin əsasında xoşbəxt olduğu görülür. Bütün dinlərdə və mədəniyyətlərdə ailəyə böyük əhəmiyyət verilir. Cəmiyyətdə sağlam şəkildə yer tutmaq üçün sağlam münasibət olan ailədə böyümək vacibdir.
- Bəs, valideynlərimiz, xüsusən də analarımız hansı doğru bildikləri yalnışlarla bizə zərər verir?
- Valideynlərin "övladımı çox sevirəm" adı ilə hiper müdafiə etmək hissi.
- Əslində nəzərə alsaq ki, insanın təbiətində daxili tənbəllik hissi var, bu hiper müdafiə hissi ata və ana istəyir ki, övladları valideynlərinin rahatlığına uyğun davransınlar. Bu doğrudurmu?
- Hər ailə üzvü şəxsiyyətdir və özünün mənəvi və fiziki zonası olmalıdır.
- Valideyn sevgi və tərbiyə verir. Bəlli yaşa qədər nəzarət edir. Amma bəzən bu nəzarət övladların bütün həyatı boyu davam edir. Yəni valideyn yetkin övladını belə nəzarətdə saxlamaq istəyir. Düşünür ki, övladı uğur qazandıqda valideynin nəzarətindən çıxacaq. Nə baş verir?
- Valideyn energetik səviyyədə övladının uğur qazanmasını əngəlləyir. Unutmayaq ki, bəzən aşırı diqqət də övlada zərər verə bilər.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB