“Könüllülük institutu gələcəkdə daha da təkmilləşəcək” -MÜNASİBƏT

“Könüllülük institutu gələcəkdə daha da təkmilləşəcək” -MÜNASİBƏT

“Azərbaycan gəncliyi hər zaman öz fəallığı ilə bu və ya digər ümummilli məsələlərdə yüksək iştirakçılıq səviyyəsi ilə seçilib. Bu Azərbaycan gəncliyinin həmdə yüksək mədəniyyət daşıyıcısı olduğunu nümayiş etdirir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə. Son illər Azərbaycanda Könüllük hərəkatı əhəmiyyəti dərəcədə genişlənib və təkmilləşib: “Biz diqqət yetirsək görərik ki, ölkəmizdə yüksək ictimai əhəmiyyət kəsb edən bir sıra fəaliyyət sahəsində könüllülərin dəstəyindən daha geniş yararlanılır. Bu da həmin sahələrdə sözün əsl mənasında həm inkişafı təmin edir, həmdə gələcəkdə bu və ya digər sahələrdə peşəkar kadrların yetişməsinə xidmət edir. Məsələn “Asan xidmət” çərçivəsində bildiyimiz kimi, könüllülərin xidmətləri kifayət qədər geniş yayılmışdır. Həmin sahələrdə fəaliyyət göstərən gənclərimiz həm gələcək həyatlarında istifadə edə biləcəkləri vərdiş və bacarıqlara sahiblənmiş olurlar, həmdə fəaliyyət göstərdikləri xidmət sahənin inkişafında və xidmətlərin daha keyfiyyətli vaxtında yerinə yetirməsindən çox mühüm rol oynamaqdadırlar. Bu baxımda hesab edirəm ki, Azərbaycan könüllülərinin həmrəyliyi könüllülük institutunun gələcəkdə ölkəmizdə daha geniş yayılmasını daha da təkmilləşməsini şərtləndirəcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə